«Eurovision-2009» mahnı müsabiqəsinin birinci yarımfinalına bir neçə saat qalmış sui-qəsd cəhdinin qarşısı alınıb. Rusiya mətbuatının məlumatına görə, sui-qəsd hazırlığının qarşısını Federal Təhlükəsizlik Xidməti alıb.
   FTX «Olimpiyski» İdman-Konsert Kompleksində naməlum şəxslər tərəfindən polietilen paketdə qoyulan qutu və 9 millimetrlik 6 güllə tapıb. İlkin məlumata görə, qutuda yandırıcı maddə olub.
   Hadisə yerinə gələn təhqiqat qrupunun araşdırmasından sonra məlum olub ki, müsabiqədə iştirak edən müğənnilərdən birinə sui-qəsd planlaşdırılırmış. Hələlik həmin müğənninin adı, eləcə də hadisənin digər təfərrüatları açıqlanmır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar