«Ginnesin rekordlar Kitabı» bir mahnının eyni zamanda rekord sayda adam tərəfindən oxunması ilə bağlı yeni rekord qeydə alıb. «İANS» agentliyinin məlumatına görə, Hindistanda 160 min adam yerli şairin sözlərinə yazılmış bir neçə mahnını eyni vaxtda ifa edib.
   Bundan əvvəlki rekord 70 il öncə Almaniyada qeydə alınıb. O zaman milli himni eyni zamanda 60 min adam oxuyub.
   On minlərlə hindli Andxra-Pradeş ştatının paytaxtı Heydərabadda toplaşaraq orta əsrlər şairi Annamaçarinin hindli allahı Vişnaya həsr etdiyi şeirə yazılmış mahnıları oxuyub. «Ginnesin rekordlar Kitabı»nın nümayəndəsi Reymond Marşal bundan əvvəlki rekordun qırıldığını təsdiq edib: «Məmnuniyyətlə elan edirəm ki, bundan 70 il əvvəl qeydə alınan rekord qırılıb».
   Tədbiri ştat hakimiyyəti təşkil edib. 160 min nəfərlik xora ən məşhur yerli musiqiçilər rəhbərlik ediblər.
   Andxra-Pradeş ştatının hakimiyyət orqanları hesab edir ki, rekord bu regionun mədəniyyətinin ayrılmaz hissəsi olan Annamaçarinin yaradıcılığının bütün dünyada təbliğ edilməsinin tərkib hissəsidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar