2012-ci ildə Avropanın mədəniyyət mərkəzi Portuqaliyanın Qimaraynş və Sloveniyanın Maribor şəhərləri olacaq. 2013-cü ildə onları Fransanın Marsel və Slovakiyanın Koşitsa şəhərləri əvəz edəcək. «France Presse» agentliyinin məlumatına görə, bununla bağlı Avropa Komissiyası qərar qəbul edib. Qeyd edək ki, bundan bir qədər əvvəl daha yaxın illərdə Avropanın mədəniyyət mərkəzləri olacaq şəhərlərin adları açıqlanıb. Bunlar Vilnüs və Lints (2009), Essen, Peç və İstanbul (2010), Turku və Tallindir (2011). Avropa Komissiyasının fikrincə, mədəniyyət paytaxtı titulu şəhərlərin mədəni irsinə diqqətin artırılmasına gətirib çıxaracaq. Qimaraynş şəhərinin əsası IX, Mariborunku isə XII əsrdə qoyulub. Qimaraynşın tarixi mərkəzi 2001-ci ildən YUNESKO-nun nəzarəti altındadır. Maribor qədim qəsri və kilsəsi ilə məşhurdur. Marsel Fransanın ən qədim şəhəri sayılır. Onu yunanlar hələ bizim eradan əvvəl 600-cü ildə tikiblər. İlk yazılı mənbəsi XIII əsrə təsadüf edən Koşitsada isə Slovakiyanın ən böyük kilsəsi yerləşir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar