Qədim Yunanıstanın ən məşhur qırmızı vazalarından sayılan «Yefroniya krateri» daimi saxlanılması üçün Romadakı Etruss muzeyinə verilib. Vaza 1972-ci ildən Nyu-Yorkdakı Metropoliten muzeyində saxlanılırmış. ANSA agentliyinin məlumatına görə, 2000-ci ildə qabın qanunsuz olaraq İtaliyadan çıxarıldığı məlum olub. Ölkə hökumətinin tarixi sənət əsərinin qaytarılması ilə bağlı 9 illik mübarizəsi öz nəticəsini verib. Metropoliten muzeyi qabı 1972-ci ildə 1 milyon dollara Robert Xext adlı antikvardan alıb. Bu qab bizim günlərə kimi gəlib çatan vazaların ən yaxşılarından biri sayılır. Bundan əlavə, həmin vaza usta Yefroninin bizim günlərə kimi tam qırılmamış formada gəlib çatan yeganə işidir. Onun daha 27 əsərinin ancaq qırıntıları qalıb.
   İtaliya hökuməti 2000-ci ildə sübut edib ki, vaza Çerveteri şəhərində qanunsuz qazıntılar aparan şəxslər tərəfindən çıxarılıb və aparılıb. Bu şəhər özünün tarixi əsərləri ilə məşhurdur. 2006-cı ildə Metropoliten qabın İtaliyaya qaytarılmalı olduğunu etiraf edib. 2008-ci ildə isə vazanın ABŞ şəhərlərinə vida turnesi başlayıb.
   «Yefroniya krateri» uzun illər davam edən gərgin mübarizədən sonra İtaliyaya qaytarılan ən məşhur eksponatdır. Metropolitendən əlavə, Bostonun incə əsərlər muzeyi, Kaliforniyadakı Qetti muzeyi, Klivlend muzeyi, Priston universitetinin bədii muzeyi də ümumilikdə 70 əsəri İtaliyaya qaytarıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar