«Oskar» mükafatı alan «Gecəqondudan olan milyonçu» filminin gənc aktyoru küçədə qalıb. Beynəlxlaq kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Hindistanın Mumbay (keçmiş Bombey) şəhərinin valisinin qərarına görə, 10 yaşlı Azxaruddin İsmayılın yaşadığı gecəqondu sökülüb.
   Ev sökülüb, əvəzində sakinlərə heç bir yerdə ev vəd olunmayıb. İndi onlar küçədə yaşamağa məhkumdurlar. «Bizim gedəcək yerimiz yoxdur, Günəş altında oturub harada yaşayacığımızı və nə yeyəcyimiz düşününürük» - deyə, balaca oğlan hind agentliyinə müsahibəsində bildirib.
   Qeyd edək ki, daha əvvəl vali balaca məşhura ev veriləcəyini vəd etmişdi. Lakin kinoaktyorun anası bu vədə inanmır: «Bu, oğlumun yaşadığı ikinci üzücü hadisədir, birinci dəfə o, evin ətrafında dolaşan reportyora müsahibə verməkdən imtina etdiyi üçün atası tərəfindən döyülmüşdü».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar