Seneqal mənşəli amerikalı reper Eykon (əsl adı Aliaun Tiamdır ) 2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatı üçün himn yazacaq. Bu barədə «New Musical Express»məlumat verib.
   
   Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) musiqiçiyə müraciət edərək qarşıdan gələn dünya çempionatının musiqi kuratoru olmasını xahiş edib. Eykon himni yazmaqdan əlavə, çempionatın açılış mərasimində iştirak edəcək və musiqi müşayiətini təşkil edəcək.
   Reper ona tapşırılan məsuliyyətli işdən böyük məmnunluq hissi keçirdiyini və məsuliyyətini anladığını etiraf edib. Hələlik onun çempionatın himni kimi məhz hansı mahnını yazacağı məlum deyil. Musiqiçi ancaq onu bildirib ki, yazılışda iştirak etmək üçün professional futbolçuları dəvət etmək niyyətində deyil. Maraqlıdır ki, o, bir çox futbolçular, məsələn, Devid Bekhemlə şəxsən tanışdır. Eykon çempionat zamanı ev sahibləri - CAR komandasına azarkeşlik edəcəyini də açıqlayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar