2010-cu ilin yazında Brodveydə məşhur «Addamslar ailəsi» komiksinin müziklinin premyerası olacaq. «The New York Times» yazır ki, gələcək tamaşanın süjetinin əsasında Homes və Mortisiya Addamsların, 18 yaşlı Uensdi Addams, onun sevgilisi və valideynlərinin münasibətləri durur.
   
   Artıq layihə iştirakçılarının tərkibi də bəllidir: Homes Addamsı Natan Leyn, onun həyat yoldaşı Mortisiyanı Bibi Nüvert canlandıracaqlar. Gənc qəhrəmanları - Uensdi və onun sevgilisini Krista Rodriqes və Uesli Teylor oynayacaqlar.
   Musiqili «Addamslar ailəsi»nin premyeradan əvvəlki tamaşaları 2010-cu il martın 4-dən başlayacaq. Premyeranın özü isə həmin il aprelin 8-nə təyin olunub.
   Qeyd edək ki, «Addamslar ailəsi»ni rəssam Çarlz Addams (1912-1988) yaradıb. O, qəribə vampirlər ailəsi barədə satirik hekayəsini «New Yorker» jurnalında dərc edib. Komikslərin dərci 1938-ci ildə başlayıb və rəssamın ölümünə qədər davam edib. Addamslar barədə hekayə dəfələrlə tamaşalarda oynanılıb, onun barəsində kinofilmlər və cizgi filmləri çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar