BBC telekompaniyası mayın 19-dan etibarən səhər tezdən uşaqlar üçün efirə çıxan «CBeebies» proqramının qəhrəmanlarını təqdim edib. «The Daily Mail» yazır ki, «Waybuloo» şousunun yaradıcıları yeni qəhrəmanların məşhur «Telegombullar»ın uğurunu təkrarlayacağına ümid edirlər.
   «Telegombullar»da olduğu kimi «Waybuloo»da da dörd əsas qəhrəman var. Kompyuter qrafikası vasitəsilə düzəldilən, ümumi adı Piplinq olan «canlılar» ayrılıqda Lau Lau, De Li, Nok Tok və Yodjodo adları alıblar. Personajların hər biri müəyyən emosiyanı və ya xarakterin müəyyən cizgisini özündə birləşdirir - sevgidən təxəyyülə qədər. Proqramın müəllifləri uşaqlara «xippi fəlsəfəsi»ni çatdırmaq, onlara öz narahatlıqları ilə mübarizə aparmağı öyrətmək, eləcə də tamaşaçılara dostluq, qarşılıqlı kömək və digər həyat dəyərlərindən danışmaq istəyirlər.
   «Telegombullar» («The Teletubbies») şousu BBC-də ilk dəfə 1997-ci ildə efirə gedib. Sonradan onu dünyanın 120 ölkəsində efirə veriblər. Tinki-Vinki, Dipsi, Lya-Li və Po adlı «telegombullar»ın obrazlarını yaradanlar oyuncaqların və onların əksi olan digər malların satışından böyük məbləğdə gəlir əldə ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar