Etiraz aksiyasına çıxan fransalı fəhlələr Kann kinofestivalının elektrikini kəsiblər. Bu barədə «France Presse» agentliyi məlumat yayıb.
   Aralarında elektrik və qaz təminatı sahələrinin işçilərinin də olduğu insanlar Kann küçələrində yürüş ediblər. Onlar etiraz əlaməti olaraq müsabiqəyə təqdim olunan «Fillip Morris, mən səni sevirəm» filminin nümayiş etdirildiyi zalın işıqlarını müvəqqəti olaraq söndürməyə müvəffəq olublar. Həmin filmi Qlenn Fikarra və Con Rekur çəkiblər. Bundan əlavə, kinofestivalın bir neçə beynəlxalq sərgi pavilyonunda da işıq sönüb. Bir qədər sonra polis müdaxiləsi nəticəsində aksiya dağıdılıb və qayda-qanun bərpa edilib.
   Etiraz edən fəhlələrin əsas tələblərindən biri məvaciblərinin artırılmasıdır. Onlar Kann şəhərinin enerji sektorunun qismən özəlləşdirilməsinin də əleyhinə çıxırlar.
   Xatırladaq ki, 62-ci Kann kinofestivalı Riverada keçirilir. Mayın 13-də başlayan festival, mayın 24-də başa çatacaq. «Qızıl palma budağı» uğrunda ümumilikdə 20-dən çox film mübarizə aparır. Onların arasında Kventin Tarantino, Ken Loaç, Ceyn Kempion və Lars fon Trier kimi rejissorların çəkdiyi filmlər də var. Münsiflər heyətinə məşhur fransız aktrisası İzabel Yüpper başçılıq edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar