Kanadalı pianoçu Qonzales (əsl adı Ceyson Bek) dünyada ən uzun çəkən konsert verib. “The Ottawa Citizen”in verdiyi məlumata görə, onun adı “Ginnesin rekordlar Kitabı”na salınacaq.
   Konsert Parisdəki “Cine 13” teatrında baş tutub, mayın 17-də gecə saat 12-də başlayıb və mayın 19-da gecə saat 3-ə qədər davam edib. Bek fasiləsiz olaraq fortepiano arxasında 27 saat 3 dəqiqə 44 saniyə musiqi ifa edib. Qeyd edək ki, bundan əvvəlki rekord hindistanlı Parsann Qudiyə məxsus idi. Qudi 26 saat 12 dəqiqəni fortepiano arxasında keçirmişdi.
   “Ginnesin rekordlar Kitabı”nın qaydalarına görə, Bekə hər 3 saatdan bir 15 dəqiqəlik fasilə verilib. Amma ifa edilən musiqilər arasında fasilə 30 saniyəni keçməməliymiş. “Associated Press” agentliyi qeyd edir ki, pianoçu fasilələr zamanı bir neçə dəfə paltarını dəyişib və hətta üzünü qırxmağa imkan tapıb.
   Ceyson Bek ümumilikdə 300 əsər ifa edib. Onların arasında Bethovenin fortepiano üçün “Sevinc odası”, Qerşavinin kompozisiyaları, eləcə də Britni Spirsin “Hit Me Baby One More Time” mahnısı və “Rokki 3” filminin saundtreki də olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar