“Eurovision-2009”un rusiyalı iştirakçısı Anastasiya Prixodko ilə bağlı qalmaqal yaşanır. Rusiya mətbuatının verdiyi məlumata görə, Ukrayna onun ifa etdiyi “Mamo” mahnısını 0 balla qiymətləndirsə də, yekun nəticədə 8 bal göstərilib. Artıq final qiymətləndirməyə yenidən baxılması ilə bağlı məsələ qaldırılıb.
   Əslən Ukraynadan olan 22 yaşlı müğənniyə ölkəsində təşkil olunan professional münsiflər heyəti bal verməyib. Tamaşaçıların qiymətləndirməsi də münsiflər heyətindən o qədər fərqlənməyib. Amma səsvermənin elan olunmasına cəmi 2 dəqiqə qalmış ukraynalıların Rusiyaya 8 bal verdiyi ortaya çıxıb.
   Ukraynanın Birinci kanalının vitse-prezidenti Roman Nedzelski inanılmaz hadisə ilə üzləşdiklərini bildirib: “Biz EBU-ya (Avropa Yayım Birliyi) rəsmi məktub göndərmişik. Bunun necə baş verdiyinin araşdırılmasını istəyirik. Həm münsiflər heyəti, həm də tamaşaçılar Norveçə səs veriblər. EBU isə efirə 2 dəqiqə qalmış bizə inanılmaz rəqəm açıqladı və biz də bu rəqəmi söyləməli olduq”.
   Nedzelski SMS səsverməyə nəzarət etməsələr də, professional münsiflər heyətinin qərarından xəbərdar olduqlarını vurğulayıb: “Adi saxtakarlıq həyata keçirilir. Norveçin obyektiv olaraq qələbə çaldığı aydındır və burada sual yoxdur. Amma Prixodkaya Ukraynanın “verdiyi” 8 bal haradan çıxdı?”
   Avropa Yayım Birliyi isə Ukraynanın ittihamını rədd edib. EBU-nun təmsilçisi Svante Stokselius Ukraynanın səsvermə prosesini hələ də anlamadığını vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar