Kann kinofestivalı çərçivəsində 16-cı xeyriyyə auksionu keçirilib. Auksiondan əldə edilən gəlir ABŞ-ın QİÇS-lə mübarizə aparan «amfAR» fonduna köçürüləcək. Bu il auksionda fondun prezidentlərindən biri olan məşhur aktrisa Şeron Stoun və ABŞ-ın keçmiş prezidenti Bill Klinton iştirak ediblər. Gecədə 700-dən çox qonaq iştirak edib. «Le Parisen»in məlumatına görə, onların böyük əksəriyyəti məşhur şəxslər olub. Məsələn, qonaqlar arasında müğənni Anni Lennoksu, Kann kinofestivalının münsiflər heyətinin üzvləri Robin Rayt və Asiya Arcentonu, aktyor Mayk Mayersi, dizaynerlər Donatella Versaçe, Dolçe və Qabbaneni, eləcə də Peris Hiltonu görmək olarmış. Gecə rəsmi şam yeməyindən və auksiondan ibarət olub. Bu zaman 10 nəfərlik masa 108 min avro, 1 nəfərlik isə 2881 avro təşkil edib. Şam yeməyini «Chopard», «Dior», «Armani», «Chanel» kimi şirkətlər təşkil ediblər. Auksion zamanı Bill Klintonun üzərində imzası olan saksafonu satışa çıxarılıb. Musiqi alətinə 130 min avro ödənilib. Bundan əlavə, Madonnanın imzalı şəkli 35 minə, aktrisa Nastasiya Kinskinin imzalı şəkli isə 100 min avroya satılıb. Auksion iştirakçılarından biri Monika Seleş və Yelena Yankoviçin tennis dərsinə görə 35 min avro ödəyib. Digər maraqlı lotlar arasında 80 min avroya satılan «Fiat 500» avtomobilini, eləcə də 140 min avroya satılan Milanda moda həftəsinə dəvətnaməni göstərmək olar.
   Klinton və Stoun iştirakçıları bacardıqca daha çox pul xərcləməyə çağırıblar: «Bu auksionda iştirak edənlər dünyadakı digər insanlardan daha üstün yaşayırlar. Amma genetik cəhətdən bizim hamımız bərabərik».
   Qeyd edk ki, ötən il Madonna və Stounun keçirdiyi analoji auksion zamanı 3 saata rekord - 10 milyon avro toplanıb. Ümumilikdə isə «amfAR» fondu 1993-cü ildən bu yana Kannda 44 milyon avro yığa bilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar