Məşhur Hollivud aktyoru və Kaliforniya qubernatoru Arnold Şvartsneggerin Avstriyanın Tal-Qrats şəhərində doğulduğu ev beynəlxalq satışa çıxarılıb. Evin hazırkı sahibi onun əvəzində 450 min avro almaq istəyir. Bu barədə Avstriyanın «Kleine Zeitung» qəzeti yazıb.
   Son zamanlara qədər Şvartsneggerin öz doğma evini alacağı barədə məlumatlar dolaşırdı. Lakin bu informasiya təsdiq olunmadığından evin sahibi Haynts Andervald onu satmaq qərarına gəlib. Evin satışı ilə «Raiffeisen Immobilien» agentliyi məşğul olacaq. Andervald qərarını onunla izah edir ki, təqaüdə çıxandan sonra belə böyük evi saxlamaq iqtidarında deyil: «Mənim dörd uşağımdan heç biri bu evin idarəçiliyini öz üzərinə götürmək fikrində deyil. Mənə və həyat yoldaşıma isə yaşayış sahəsi 201 kvadratmetr, torpaq sahəsi isə 2500 kvadratmetr olan ev həddən artıq böyükdür». Tal-Qratsdakı ev əvvəlcə Herberştayn qraflığının inzibati binası olub. Sonradan ev Andervald ailəsinin mülkünə çevrilib. Arnold Şvartsneggerin vaxtilə polisdə işləyən atası həmin evdə bir neçə otağı kirələyib. Aktyor 1947-ci ildə o evdə doğulub və gəncliyini də orada keçirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar