62-ci Kann kinofestivalının «Qızıl palma budağı» məşhur avstriyalı kinorejissor Mixael Hanekenin «Ağ lent» filminə verilib.
   Filmdəki hadisələr 1914-cü ildə alman kəndində baş verir. Tamaşaçılar həmin hadisələr barədə danışan gənc məktəb müəlliminin dilindən bir neçə sirli ölüm barədə xəbər tuturlar. Festivalın «Qran-pri»si «Peyğəmbər» («A Prophet») filminə görə fransız rejissoru Jak Odiyara verilib. Ən yaxşı aktyor kateqoriyasında mükafat Kventin Tarantinonun «Şərəfsiz yaramazlar» filmində oynayan avstriyalı Kristof Valtsa verilib. Ən yaxşı aktrisa kateqoriyasında birincilik Lars fon Trierin «Antixrist» filmində oynamış fransalı Şarlott Qenzburqa qismət olub. Qeyd edək ki, «Antixrist» özü festivalın «antimükafat»ına layiq görülüb.
   Ən yaxşı rejissor «Kinatay» filmini çəkən filippinli Briyante Mndosa olub. Ən yaxşı ssenarist kimi «Yaz titrəməsi»nə ssenari yazan çinli Lou Yenin adı çəkilib. Festivalın münsiflər heyətinin mükafatını britaniyalı Andrea Arnoldun «Akvarium» və koreyalı Pak Çxan Ukun «Susuzluq» filmləri bölüşüblər.
   Kinematoqrafiya sahəsində xüsusi xidmətlərinə görə mükafatı «Alaq» filmini çəkən fransız rejissoru Alan Rene alıb. Ən yaxşı qısametrajlı film portuqaliyalı rejissor Joao Salavizanın «Arena»sı hesab olunub. «Qızıl kinokamera» adlı xüsusi mükafat «Samson və Dalila» filminə görə ən yaxşı debüt kimi avstraliyalı Uorvik Torntona verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar