Bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, təklif İordaniyadan gəlib və Azərbaycan tərəfindən qəbul olunub. 
   Nazir deyib ki, Azərbaycan mədəniyyət sahəsində MDB ölkələri ilə ikitərəfli münasibətləri davam etdirir, əsas məqsəd isə Avropa və Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməkdir.
   Ə.Qarayev gələn ilin aprelində keçiriləcək Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların uğurla davam etdiyini də söyləyib: “Payız ayları üçün bütün hazırlıq işlərini bitirmək niyyətindəyik”.