Avstraliyalı müğənni Kayli Minouq ispaniyalı maniken Andres Velenkozaya ərə gedir. Cütlük yaxın günlərdə Kataloniyadakı villada nişanlanmaq qərarına gəlib.
Onların tanışlarından biri «Grazia» qəzetinə açıqlamasında bildirib ki, Kayli Minouq ömrünün yerdə qalan hissəsini Velenkoza ilə bir yerdə keçirməyi arzu edir: «Andres ona evlənməyi təklif edib. Kayli sevincindən özünə gələ bilmir».
Bugünlərdə Velenkozo Nyu-Yorkdakı zərgərlik mağazalarından birində nişan üzüyü axtaran zamanı görünüb. Kayli Minouqun pərəstişkarları sevinirlər ki, 41 yaşlı müğənni nəhayət, ailə həyatı qurmaq qərarına gəlib.
Kayli və Velenkozo 2008-ci ilin oktyabrında - Dita fon Tizin ad günündə tanış olublar. O zamandan xoşbəxt şəkildə kameralar önündə dayanan cütlüyün şəkilləri bütün dünyaya yayılıb.