![](/img/news/700x420/1383.jpg)
Onların tanışlarından biri «Grazia» qəzetinə açıqlamasında bildirib ki, Kayli Minouq ömrünün yerdə qalan hissəsini Velenkoza ilə bir yerdə keçirməyi arzu edir: «Andres ona evlənməyi təklif edib. Kayli sevincindən özünə gələ bilmir».
Bugünlərdə Velenkozo Nyu-Yorkdakı zərgərlik mağazalarından birində nişan üzüyü axtaran zamanı görünüb. Kayli Minouqun pərəstişkarları sevinirlər ki, 41 yaşlı müğənni nəhayət, ailə həyatı qurmaq qərarına gəlib.
Kayli və Velenkozo 2008-ci ilin oktyabrında - Dita fon Tizin ad günündə tanış olublar. O zamandan xoşbəxt şəkildə kameralar önündə dayanan cütlüyün şəkilləri bütün dünyaya yayılıb.