İyunun 13-dən etibarən Çində məşhur Terrakot ordusunun qazıntılarının üçüncü mərhələsi başlayır. Bu barədə məlumat yayan «Sinxua» agentliyi xatırladır ki, Terrakot ordusu bizim eradan əvvəl III əsrdə imperator olmuş Tsin Şixuana məxsus olub. Arxeoloqlar bu dəfə sadə döyüşçülərin deyil, ordu komandanlarının da fiqurlarını qazıb çıxarmağa ümid edirlər. Qazıntı işləri Sian şəhəri rayonundakı ilk və ən iri qazıntı ərazisində aparılacaq və ən azı bir il davam edəcək. Güman edildiyinə görə, 230 X 62 metr ölçüsü olan bu qazıntı ərazisində 6 min tam ölçülü fiqur var. Terrakot ordusu XX əsrin ən vacib arxeoloji tapıntılarından sayılır. İlk fiqurlar 1974-cü ildə Siandan 35 kilometr aralıda quyu qazan kəndlilər tərəfindən aşkar edilib. İlk professional qazıntı işləri 1978-1984-cü illərdə aparılıb. Bu müddət ərzində 1087 ədəd gil döyüşçü və at fiquru çıxarılıb. Qazıntıların ikinci mərhələsi 1985-ci ildə başlanılıb və bir il sonra texniki səbəblərdən dayandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar