Malavi Apelyasiya Məhkəməsi pop kraliçası Madonnaya 3 yaşlı malavili yetim qızcığaz Mersi Ceymsi övladlığa götürməyə icazə verib. Bu barədə «The Sun» qəzeti məlumat yayıb. Apelyasiyanı nəzərdən keçirən 3 hakimdən 2-si açıq şəkildə Madonnanın tərəfini tutub. Üçüncü hakimin də yaxın vaxtlarda analoji bəyanatla çıxış edəcəyi gözlənilir. Məhkəmə qərarında deyilir ki, övladlığa götürmək istəyən şəxsin ən azı 18 ay Malavidə yaşamasını tələb edən qanun köhnəlib və qüvvədən düşmüş sayıla billər. Məhkəmədəki mənbə artıq qızcığazın yeni həyat ərəfəsində olduğunu vurğulayıb: «Onun əşyalarını toplamaq olar».
   Qeyd edək ki, Madonna bu ilin əvvəlindən etibarən Mersi Ceymsi övladlığa götürmək uğrunda mübarizəyə başlayıb. Aprel ayında Malavi məhkəməsi Madonnaya Mersini övladlığa götürməyi qadağan edib. Müğənni də bildirib ki, Mersini övladlığa götürməyə icazə verməsələr, o, hansısa digər kasıb Afrika ölkəsindən uşaq götürəcək. Onun dostları isə güman edirlər ki, Madonna Apelyasiya Məhkəməsinin uğurlu qərarından sonra daha bir uşağı övladlığa götürmək üçün Afrikaya üz tuta bilər. 50 yaşlı Madonnanın Lerdes adlı doğma qızı və Rokko adlı doğma oğlu var. Bundan əlavə, o, 2006-cı ild Malavidən Devid Bandu adlı 3 yaşlı oğlanı övladlığa götürüb. Devidin övladlığa verilməsi zamanı da məhkəmə 18 ay Malavidə yaşamaq tələbinin üstündən keçib. Mersi Ceymsin məsələsində isə daha bir məqam ortaya çıxıb. Madonna qızı övladlığa götürmək niyyətini açıqlayandan sonra bir nəfər məhkəməyə müraciət edərək uşağın əsl atası olduğunu bildirib. Ceyms Kambev adlı malavili uşağını doğulandan görmədiyini, amma bundan sonra özü onu tərbiyə etmək istədiyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar