ABŞ-ın Ohlahoma Siti şəhərinin polisi barbarlıq hadisəsi ilə bağlı tədqiqata başlayıb. «Associated Press» agentliyinin məlumatına görə, barbarlıq hərəkətində məşhur Hollivud aktrisası Cessika Albanın da əlinin olduğu güman edilir.
   Cinayət işinin başlanmasına İnternetdəki bloqlardan birində yerləşdirilən fotoşəkillər səbəb olub. Cessika Alba həmin şəkillərdə böyük ağ akulaların müdafiə edilməsinə çağıran şüarlar yapışdırdığı yerdə lentə alınıb. Məsələ burasındadır ki, şüarlar qadağan olunmuş yerlərə yapışdırılıb.
   Aktrisanın rəsmi nümayəndələri və vəkilləri hər hansı bir açıqlama verməkdən imtina ediblər. Amma Cessika Alba bəyanatla çıxış edərək üzr istəyib: «Mən iştirakım lazım olmayan aksiyaya qoşulmuşam. Mən düşünülməmiş qərar qəbul etməyimdən, eləcə də bu kampaniyanın arxasında duran adamlara qoşulmağımdan təəssüf hissi keçirirəm. Bu aksiyada iştirak etdiyimə görə Ohlahoma Siti sakinlərindən və «United Way» xeyriyyə təşkilatından üzr istəyirəm».
   Şəhər meriyası dəyən ziyanın 700-800 dollar olduğunu bəyan edir. Ohlahoma qanunlarına görə, əgər dəyən ziyan 1000 dolları keçsə, belə bir hüquq pozuntusu azadlıqdan məhrumetmə ilə cəzalandırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar