«Doktor Haus» teleserialı 2008-ci ildə dünyada ən populyar teleserial sayılıb. «France Presse» agentliyinin verdiyi məlumata görə, «Eurodata TV Worldwide» agentliyi serialın auditoriyasının 81,8 milyon nəfəri keçdiyini müəyyənləşdirib.
   «Eurodata TV Worldwide» qeyd edir ki, «Doktor Haus»un auditoriyası 2006 və 2007-ci illərdə ən populyar teleserial sayılan «CSI: Cinayət yeri» və «CSI: Las-Veqas» teleseriallarının auditoriyasını xeyli üstələyib.
   «Eurodata TV Worldwide»in məlumatı dünyanın 66 ölkəsindən toplanan statistik məlumatlara əsaslanır. Bu ölkələrdə ümumi auditoriya 1,6 milyard nəfəri keçir.
   2008-ci ildə ən populyar komediya serialı «Ümidsiz evdar qadınlar», ən yaxşı «sabun operası» isə «Cəsarətli və gözəl» sayılıb.
   Baş rolu Xyu Lorinin ifa etdiyi «Doktor Haus» serialı artıq 5 ildir davam edir.