Məşhur Hollivud ulduzu Mel Gibsonun rus sevgilisi Oksana Qriqoryeva ona övlad bəxş etməyə hazırlaşır. «Associated Press» agentliyinin məlumatına görə, hazırda hamiləliyin beşinci ayında olan Qriqoryevanın və eyni zamanda Gibsonun qızı olacaq. Aktyorun dostları bildiriblər ki, Gibson bu xəbəri böyük sevinslə qarşılayıb. Onların fikrincə, Oksana Qriqoryeva Gibsona çox müsbət təsir göstərir.
   Məlum olduğu kimi, 53 yaşlı aktyorun və həyat yoldaşı Robinin 7 uşağı var. Hazırda cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Uşaqların ən kiçiyi olan Tomminin 10 yaşı var. Gibsonun digər uşaqları isə yetkinlik yaşına çatıblar. Öz növbəsində Oksana Qriqoryevanın da əvvəlki əri - britaniyalı Timati Daltondan 12 yaşlı Aleksandr adlı oğlu var.
   Böyük Britaniyanın «Daily Mail» tabloidinin məlumatına görə, Gibsonun və Qriqoryevanın uşaqları artıq tanış olublar. Qriqoryeva və oğlu Mel Gibsonun uşaqları ilə birgə Kosta-Rika sahillərində dincəliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar