XVII əsrin çinli rəssamı Çju Danın (1626-1705) çəkdiyi mənzərə Pekində «Beijing Council International Auction» auksionunda 84 milyon yuana və ya 12,3 milyon dollara satılıb. «Sinxua» agentliyinin məlumatına görə, Çin rəssamlarının əsərlərinin bundan əvvəlki rekordu 2007-ci ildə qeydə alınıb. O zaman XIV əsrin rəssamı Tsyu İnin «Qırmızı sıldırım qayalıq silsiləsi» əsəri 10,7 milyon dollara satılıb.
   YUNESKO Çju Danın adını Çin mədəniyyətinin ən əhəmiyyətli 10 şəxsinin siyahısına salıb. Çju dövrünün xəttatı, rəssamı və şairi olub. Min sülaləsinin mancurların təzyiqi altında süquta uğramasından sonra Çju da 1644-cü ildə monastra gedib. Amma sonradan monastrı tərk edərək sərgərdan rəssama çevrilib. O, dövrünün ən böyük ustalarından biri sayılır.