Alman musiqişünası və Lüdviq van Bethoven yaradıcılığı üzrə mütəxəssis Klaus Martin Kopits bəstəkarın məşhur «Elizaya» fortepiano pyes-baqatelinin hansı qadına yazıldığını müəyyən edib. «France Presse» agentliyinin məlumatına görə, Kopitsin elmi araşdırmaları Bethovenin Bonn şəhərindəki ev-muzeyi tərəfindən buraxılan jurnalda 2010-cu ildə dərc ediləcək.
   «Elizaya» pyesinin orijinal partiturası itdiyindən, bir neçə araşdırmaçı nəsli Elizanın kim olduğu üzərində baş sındırıb. Kopits isə iddia edir ki, Bethoven baqateli müğənni Elizabet Rekelə (1793-1883) həsr edib. Elizabet 1806-cı ildə Vyanada «Fidelio» operasında Florestanın partiyasını ifa edən Yozef Avqust Rekelin bacısı olub.
   O, sonradan bəstəkar və pianoçu, Motsartın şagirdi və Bethovenin dostu İohan Nepomuk Gummelə ərə gedib. Məlumdur ki, Elizabet Bethovenlə də tanış olub. Baqatelin yazıldığı 1810-cu ildə isə müğənni və bəstəkar dostluq edirmişlər. Bethovenin ölümündən az öncə - 1827-ci ildə Elizabet bəstəkardan bir dəstə saç və partituralarını yazdığı lələkdən düzəldilən qələm hədiyyə alıb.
   Kopits arxiv sənədlərini araşdıraraq müəyyən edib ki, Elizabet özünü Eliza adlandırırmış. Tədqiqatçının fikrincə, bu fakt onun versiyasının həqiqiliyini təsdiq edir. Kopits müğənni və bəstəkar arasında münasibətlərin xarakterinin necə olduğunu iddia etməsə də, Elizabetin Bethovenin çox xoşuna gəldiyini vurğulayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar