«Britaniya istedadlar axtarır» televiziya şousu nəticəsində məşhurlaşan və bütün dünyanı səsi ilə heyrətə gətirən 48 yaşlı şotlandiyalı evdar qadın Süzan Boyl debüt albomunun ilk mahnısını yazdırıb. Bu barədə «People» jurnalı xəbər verir.
   Jurnal qeyd edir ki, Boyl ilk mahnısını britaniyalı musiqi maqnatı və «Syco» səsyazma leyblının sahibi Saymon Kouellin komandası ilə bir yerdə yazdırıb. Amma nə mahnının özü, nə də hazırlanan albom barəsində heç bir məlumat verilmir.
   Süzan Boyl «Britaniya istedadlar axtarır» müsabiqəsinin birinci turunda çıxışından sonra məşhurlaşıb. O, «Les Miserables» müziklindən «I Dreamed A Dream» kompozisiyasını ifa edib. Bu kompozisiya dərhal «YouTube»də hitə çevrilib.
   Boyl finalda qələbəyə ən əsas iddiaçı sayılırdı. Amma tamaşaçılar birinci yeri «Diversity» adlı rəqqaslar qrupuna veriblər. Süzan isə müsabiqədə ikinci yeri tutub. Bundan dərhal sonra məşhurluğun çətinliklərinə dözə bilməyən evdar qadın əsəb gərginliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir həftə orada qalıb. Hazırda o, müsabiqənin digər iştirakçıları ilə bir yerdə Böyük Britaniyada konsertlər verir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar