Mikelancelo Buonarottinin «Müqəddəs Pyotrun çarmıxa çəkilməsi» freskasını təmizləyən restavratorlar maraqlı tapıntıya rast gəliblər. Onlar dahi rəssamın sonuncu əsəri hesab olunan «Müqəddəs Pyotrun çarmıxa çəkilməsi» freskasında avtoportret formasında özünəməxsus imza aşkar ediblər.
   
   «The İndependent» qəzeti yazır ki, əsərin sol küncündə iki atlı fiqurunun ortasında parlaq-göy türban geymiş üçüncü atlı görünür - məhz o, dahi Mikelancelodur.
   Freska 1545 və 1550-ci illər arasında çəkilib. Əsər Vatikandakı Apostol sarayında ziyarətçilər üçün bağlı olan Paolina kilsəsində saxlanılır. Kilsənin və Mikelancelonun orada saxlanılan iki freskasının («Müqəddəs Pyotrun çarmıxa çəkilməsi»ndən əlavə, orada «Müqəddəs Pavelin müraciəti» əsəri də var) restavrasiyası 5 il davam edib və bu il iyunun 30-da başa çatıb.
   Maraqlıdır ki, artıq bir dəfə həmin əsərdə Mikelancelonun avtoportretini «tapıblar» - əsərin aşağı hissəsinin sağında əllərini qoynunda çarpazlaşdıran şəxsin dahi rəssamın olduğu versiyası irəli sürülüb. Lakin sonradan bu versiya rədd edilib.
   Məlumdur ki, Sikstin kapellasını bəzəyən freskada Mikelancelo özünü əks etdirib. Müqəddəs Varfolomey əlində soyulmuş insan dərisi tutur. Həmin əsərdə əzab-əziyyətdən sir-sifəti əyilmiş şəxs Mikelancelo özüdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar