«Newsweek» ictimai-siyasi jurnalı 10 nüfuzlu ədəbiyyat reytinqini tədqiq edəndən sonra oxuculara bütün vaxtların ən mühüm kitablarının reytinqini təqdim edib. Siyahıya Lev Tolstoyun «Hərb və sülh» əsəri başçılıq edir.
   «OpenSpace.ru»nun məlumatına görə, siyahı tərtib edilən zaman «Modern Library», Nyu-York ictimai kitabxanası, Sent-Cons kollecinin oxu siyahısı, Opra Uinfranın reytinqi, «Vikpediya», «The Guardian» və «The Telegraph» qəzetləri, klassik əsərlər üzrə ixtisaslaşan «Modern Library» jurnalının məlumatlarından istifadə olunub.
   İlk onluğa «Hərb və sülh»dən əlavə, Homerin əsərləri, Nabokovun «Lolita»sı, Dantenin «İlahi komediya»sı, Corc Oruellin «1984» kitabı daxil olub. Bundan əlavə, ilk yüzlüyə Qabriel Qarsia Markesin (17-ci yer), Çarlz Darvinin (27), Karl Marksın (30), Tolkienin (35), Şekspirin (49-52), Prustun (62), Henri Millerin (82), Freydin (86), Mao Tszedunun (88), Con Meynard Keynsin (92) və başqalarının əsərləri daxil olub.
   
   İlk onluq aşağıdakı kimidir:
   1. «Hərb və sülh», Lev Tolstoy;
   2. «1984», Corc Oruell;
   3. «Uliss», Ceyms Coys;
   4. «Lolita», Vladimir Nabokov;
   5. «Səs və qəzəb», Uilyam Folkner;
   6. «Gözəgörünməz», Ralf Ellison;
   7. «Mayaka», Virciniya Vulf;
   8. «İlliada» və «Odissey», Homer;
   9. «Məğrurluq və mənfi rəy», Ceyn Ostin;
   10. «İlahi komediya», Dante Aliqyeri.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar