“Uimbldon” tennis turnirində qadınların yarışının qalibi Serena Uilyams idmançı karyerasını başa vurduqdan sonra özünü kinematoqrafiya sahəsində sınamaq niyyətindədir. Bu haqda ABŞ tennisçisinin özü son müsahibələrindən birində açıqlama verib.
   Kinoda oynamaq istədiyini deyən Uilyams hələlik belə imkanının olmadığını bildirib: «Yəqin ona görə ki, tennis mənim bütün vaxtımı və gücümü alır. Mənə şans versəydilər, hansısa qəhrəman qadın obrazını yaradardım. Mənim bədən quruluşumla yalnız döyüşçü rolunu ifa etmək olar. Hətta tryukları da özüm yerinə yetirə bilərəm. Ciddi deyirəm, bu, məndə pis alınmaz».
   Qeyd edək ki, Serena Uilyams 2009-cu ilin martında etiraf edib ki, həmişə yazmaq arzusunda olub. O, özündən əla ssenari müəllifinin çıxacağına əmindir. Serenanın fəaliyyət növünü dəyişmə şansları kifayət qədər yüksəkdir. Onun Hollivudla geniş əlaqələri var. Hətta bir müddət məşhur rejissor Brett Ratnerlə dostluq edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar