Əfsanəvi müğənni Maykl Ceksonun bacısı Latoyya qardaşının öldürüldüyünü bəyan edib. O, bir neçə qəzetə müsahibəsində Maykl Ceksonun öz ətrafındakı adamların qurbanı olduğunu bildirib.
   «Daily Mail» qəzetinə müsahibəsində Latoyya iddia edib ki, qardaşını nəzarət və təsir altında saxlamaq üçün ona qəsdən müxtəlif güclü dərmanlar verirmişlər. Onun sözlərinə görə, ətrafındakı adamlar bu addımı Maykl Ceksonun Londonda 50 konsert keçirməsi ilə bağlı müqaviləni imzalaması üçün atırmışlar.
   Qeyd edək ki, bundan əvvəl Los-Anceles şəhərinin polis şefi Uilyam Bretton da müstəntiqlərin Maykl Ceksonun öldürüldüyünü istisna etmədiklərini bildirib. Kaliforniya ştatının qanunlarına görə, adam ölümü qəsdən planlaşdırılmasa belə, cinayət məsuliyyəti nəzərdə tutur.
   Latoyya Cekson bildirib ki, iyulun 10-da pataloqoanatomların ilkin ekspertizasının nəticələrini əldə edib. Lakin o, polis araşdırması başa çatmayana qədər həmin nəticələri açıqlamayacağını vurğulayıb. Bacısı onu da bildirib ki, Maykl Ceksonun boynunda yenicə vurulmuş 4 iynə yeri olub.
   Müğənninin bacısı qardaşının öldürüldüyünə əmin olduğunu və ona qarşı sui-qəsd həyata keçirildiyini bildirib. O, sui-qəsdin arxasında bir neçə nəfərin durduğunu da söyləyib: «Maykl 1 milyard dollardan da qat-qat baha idi. İnsan belə bir bahalı həddə çatanda, onun ətrafında pul hərisi olan xeyli adam peyda olmağa başlayır».
   Böyük Britaniyanın «News of the World» tabloidinə müsahibəsində isə Latoyya Cekson qardaşının ölümünün arxasında kimin durduğunu bildiyini vurğulayıb. O, Maykl Ceksonun ölümünün təsadüfi olmadığını sübut etməyə də and içib: «Qətlin arxasında ölü Ceksondan daha çox pul qazanacaqlarını düşünən adamlar durub». Bundan əlavə Latoyya bəyan edib ki, qardaşının öldüyü gün onun malikanəsindən ümumi dəyəri 2 milyon dollardan çox olan pul və daş-qaş aparılıb.
   Maraqlıdır ki, Latoyya Cekson qardaşı Cermen kimi pop musiqisinin kralına ailədə hamıdan yaxın olub. Məhz Latoyya Maykl Ceksonun cəsədinin müstəqil ekspertlər tərəfindən təkrar yarılmasını tələb edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar