![](/img/news/700x420/1803.jpg)
Antuan de Sent-Ekzüperinin ailəsi qəsri 1932-ci ildə Lion məktəb müəssisəsinə satıb. 1997-ci ildə qəsri keçmiş nazir Şarl Miyona yaxın strukturlar satın alıblar. Amma bu alqı-satqı 2 dəfə - 2005 və 2007-ci illərdə məhkəmənin qərarı ilə ləğv edilib.
Antuan de Sent-Ekzüperi 1900-cu ildə doğulub. Onun ən məşhur əsəri «Balaca şahzadə» sayılır. Yazıçı 1944-cü ildə kəşfiyyat uçuşu zamanı itkin düşüb.
Onun içində uçduğu «Lockheed Lightning P-38» təyyarəsinin qalıqları ancaq 60 il sonra tapılıb. Təyyarəni 2004-cü ildə Aralıq dənizinin dibində aşkar ediblər.