Məşhur aktrisa Elizabet Teylor təcili şəkildə hospitala yerləşdirilib. «Tiger-news»in məlumatına görə, aktrisa dostu Maykl Ceksonun ölümündən sonra ciddi əsəb sarsıntısı keçirib.
   Qeyd edək ki, Teylor Ceksonun ən yaxın dostlarından biri olub. Pop kralının ölümü Kleopatra rolunun əvəzedilməz ifaçısına çox pis təsir bağışlayıb. Amma Teylor Ceksonla vida mərasiminə dəvəti qəbul etməyib və bunu şəxsi hissləri ilə əlaqələndirib: «Cekson mənim üçün başqa bir adam idi. Onunla vida sırf qəlbimin işidir. Mən ictimaiyyət qarşısında onunla vidalaşmaq istəmirəm».
   Aktrisanın ürəyində ciddi problemlər olduğu bildirilir. Ceksonun ölüm xəbərini eşidəndən sonra onun ürəyindəki problemlər yenidən özünü göstərməyə başlayıb. Bundan sonra onu Beverli Hillzdəki evindən Los-Ancelesdəki xəstəxanaya aparıblar. Onun yorğunluq, ürək ağrıları, süstlük və emosional tükənmədən şikayət etdiyi bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar