Qahirədə yerləşən Misir muzeyinin bağında çalışan fəhlələr içində 9 artefaktın olduğu xəlvəti yer tapıblar. Onların arasında qurban kəsilməsi üçün masa, üzərində heroqliflər olan daşlar, əhəngdən hazırlanan plitə və Ramessidlər dövrünə aid sütun qırıqları var. Tapıntı barədə Misirin qədim arxeoloji tapıntılar üzrə Ali Şurasının rəhbəri Zahi Havassın İnternet bloqunda məlumat verilib.
   Maraqlıdır ki, muzeyin bağında bundan əvvəl də iki dəfə xəlvəti yer aşkar edilib. 1952-ci ilə kimi arxeoloqlar naməlum mənşəli əşyaları muzey kitablarında qeydiyyatdan keçirdikdən və elmi təsvirini verdikdən sonra həmin xəlvəti yerlərə qoyurlarmış. Amma üçüncü yerin mövcudluğu barədə indiyə qədər heç kim bilmirmiş. Bağda tikinti işləri muzeyin genişləndirilməsi ilə bağlı aparılır. Arxitektorlar binanın qərb istiqamətindən yeni giriş açırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar