Hollivud aktyoru Robert Redford, nəhayət ki, rəssam sevgilisi Sibill Szaqqarsla rəsmi nikaha girib. «Associated Press» agentliyinin məlumatına görə, alman Szaqqars 72 yaşlı Redforddan 20 yaş kiçikdir.
   Robert və Sibill toya qədər 12 il bir yerdə yaşayıblar. Onlar Redfordun Sandensdəki malikanəsinə 1996-cı ildə köçüblər. Aktyor birinci həyat yoldaşı Lola Van Vaqenenlə hələ 1985-ci ildə boşanıb. Çox təvazökar toy mərasiminə cəmi 30 qonaq çağırılıb. Amma nikah mərasiminin yeri dəbdəbəli olub - Almaniyanın Hamburq şəhərindəki «Louis C. Jacob» mehmanxanası. Mehmanxana əməkdaşları Redfordun toyu ilə bağlı hər hansı bir məlumat verməkdən imtina ediblər. Amma məlumdur ki, «rəsmi» toy gecəsi sentyabr ayında Meksikada keçiriləcək. Robert Redfordun məşhurluğunun ən yüksək nöqtəsi 1970-ci illərə təsadüf edir. O, «Buç Kessedi və Sandens kid» vesternindəki rolundan sonra 1969-cu ildə Hollivudun ən çox qazanan aktyorları sırasına düşüb. Onun ən uğurlu filmləri arasında «Biz belə olmuşuq», «Fırıldaq», «Kondor üçün 3 gün», «Prezidentin bütün qoşunu», «Ədəbsiz təklif», «Televiktorina»nı göstərmək olar. Redfordun tərəf-müqabilləri Barbara Streyzand, Pol Nyuman, Dastin Hoffman, Demi Mur kimi aktyorlar olub.
   O, 1980-ci ildə Yuta ştatında «Sandens» kinoinstitutunun əsasını qoyub. Bu institut tezliklə məşhurlaşıb. Hər il keçirilən «Sandens» müstəqil kinofestivalı isə kifayət qədər nüfuza malikdir. Elə o zaman Redford rejissor kimi debüt edərək «Sadə adamlar» (1980) dramını çəkib və «Oskar» alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar