65 yaşlı amerikalı kinorejissor Corc Lukas Hollivudun ən varlı məşhurlarının hit-paradına başçılıq edir. BBC-nin məlumatına görə, reytinqi «Forbes» jurnalı tərtib edib.
   Lukas ötən il 170 milyon dollar qazanaraq ən varlı məşhurlar siyahısında həmkarı Stiven Spilberqi qabaqlayıb. Spilberq 2008-ci ilin iyunundan 2009-cu ilin iyununa qədər «cəmi» 150 milyon dollar qazanıb. «Lucasfilm Ltd» şirkətinə rəhbərlik edən Lukas «Ulduz müharibələri» elmi-fantastik saqasının və İndiana Cons personajının yaradıcısı kimi məşhurdur.
   Bəzi məlumatlara görə, Lukasın şəxsi varidatı 3 milyard dollara yaxındır. Qeyd edək ki, Lukas və Spilberq həm də dünyanın ən varlı şəxslərinin siyahısına daxildirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar