Məşhur rusiyalı müğənni, SSRİ xalq artisti İosif Kobzonun üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirilib. “İnterfaks” agentliyinin verdiyi məlumata görə, bu barədə onun yaxınları bildiriblər.
   Mənbə müğənninin özünü yaxşı hiss etdiyini vurğulayıb. Qeyd edk ki, əməliyyat Moskvadakı Bloxin adına Onkoloji Mərkəzdə aparılıb. Artıq onu reanimasiya şöbəsindən kimyaterapiya şöbəsinə köçürüblər. Tibbi müəssisənin əməkdaşları müğənninin cərrahiyyə əməliyyatından sonrakı reabilitasiya dövrünün normal şəraitdə keçdiyini bildiriblər. Bununla yanaşı, həkimlər Kobzon üzərində məhz hansı əməliyyatın aparıldığını söyləməkdən qətiyyətlə imtina edirlər. Bəzi KİV-lər onda prostat vəzisinin xərçənginin aşkar edildiyini bildirirlər. Amma bu məlumatı rəsmi olaraq heç bir mənbə təsdiq etmir.
   Kobzonun səhhətində problemlər hələ 2001-ci ildə başlayıb. Müğənni qanının zəhərlənməsi diaqnozu ilə bir neçə gün xəstəxanada yatıb. 2004-cü ildə Kobzonda şiş aşkarlanıb. O zaman cərrahiyyə əməliyyatı nəticəsində şiş götürülüb. 72 yaşlı müğənni həmin dövrdən daimi həkim nəzarəti altındadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar