Volfqanq Amadey Motsartın yaradıcılığının avstriyalı tədqiqatçıları bəyan ediblər ki, dahi bəstəkarın fortepiano üçün yazdığı iki naməlum əsərini müəyyən ediblər. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bəstəkarın doğma şəhəri olan Zalsburqda yerləşən Beynəlxalq Motsart Fondunun mütəxəssisləri əlyazmaların həqiqiliyinə əmin olduqlarını bildiriblər.
   Vacib tapıntının detalları avqustun 2-də Zalsburqda musiqi əsərlərinin xüsusi premyerasında açıqlanacaq. Pyeslər Motsarta məxsus orijinal alətlərdə ifa olunacaq.
   Məlum olduğu kimi, bəstəkar özündən sonra geniş yaradıcılıq irsi - 600 musiqi əsəri qoyub gedib. O, 1791-ci ildə 35 yaşında vəfat edib. Motsartın 5 yaşından etibarən bəstələyərək ifa etdiyi əsərlər arasında operalar, kamera musiqisi, simfoniya, xor və fortepiano konsertləri var.
   Qeyd edək ki, 2007-ci ilin sentyabrında Motsartın indiyə kimi məlum olmayan əlyazmaları Fransanın Nant şəhərinin kitabxanasında tapılıb. Bu əsərlərin bir hissəsi 2009-cu ilin yanvarında "Stradivariya" ansamblının rəhbəri, skripkaçı Daniel Kyuke tərəfindən Nantdakı Breton hersoqları qəsrində çox kiçik auditoriya qarşısında ifa edilib. İfa cəmi 2 dəqiqə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar