37 yaşlı meksikalı opera müğənnisi, tanınmış tenorlardan olan Rolando Vilyansonun boğaz tellərində uğurlu əməliyyat aparılıb və o, səsinin reabilitasiyasına başlayıb. "Associated Press" agentliyinin məlumatına görə, boğaz tellərindəki xəstəlik səbəbindən Vilyanson aprel ayında 2009-cu ilin sonuna qədər bütün çıxışlarını təxirə salıb. Amma onun 2010-cu ildə tam səsi ilə oxuyub-oxuya bilməyəcəyi məlum deyil.
   Vilyansonun 2010-cu il üçün geniş planları var. O, Parisdə Motsartın "İdomeneye"sində, Vyana operasında Anna Netrebko və Elina Qranaça ilə "Karmen"də, Londonda Massnenin "Manon"unda çıxış etməyə hazırlaşır. Məlumata görə, Vilyanson 2009-cu ilin sentyabrında meksikalı bəstəkar Daniel Katanın əsərlərinin Los-Anceles şəhərində keçiriləcək dünya premyerasında çıxış etməliymiş. Onun tərəf-müqabili Plasido Dominqo olacaqmış.
   Qeyd edək ki, boğaz xəstəliyi dəfələrlə Vilyansonun başına bəla olub. Məsələn, o, 2007-ci ildə də xeyli müddətə səhnəni tərk etmək məcburiyyətində qalıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar