"Karib dənizinin quldurları"nın dördüncü hissəsinin çəkilişləri 2010-cu ilin aprelində start götürəcək. "Comingsoon" resursunun məlumatına görə, bu barədə "Walt Disney" kompaniyasının istehsal şöbəsinin rəhbəri Ouren Aviv San-Dieqoda keçirilən "Comic-Con" sərgisi zamanı bəyanat verib.
   O, filmi 2011-ci ildə ekrana buraxmağa hazırlaşdıqlarını vurğulayıb. Avivin sözlərinə görə, uğur qazanacağı təqdirdə film yeni trilogiyanın əsası olacaq.
   Aviv onu da qeyd edib ki, dördüncü film o qədər də epik olmayacaq, süjet isə daha çox personajlar üzərində qurulacaq: "Filmlər hər dəfə getdikcə daha miqyaslı olub və biz bilirik ki, bu, tamaşaçıların xoşuna gəlir. Amma indi layihəni dəyişmək istəyirik".
   O, filmin çəkilişinin kimə tapşırılacağını bildirməyib. Xatırladaq ki, orijinal trilogiyanın yaradıcısı Qor Verbinski 2009-cu ilin aprelində "Walt Disney" kompaniyasına bildirib ki, o, dördüncü hissənin çəkilişlərində iştirak etməyəcək.
   Əsas rolun ifaçısı Conni Deppə gəldikdə isə, o, yeni trilogiyada da Cek Sərçə obrazını oynayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar