Avstraliyada məşhur «Narniya salnamələri» filminin «Üfüqün fatehi və ya dünyanın sonuna üzmək» adlı üçüncü hissəsinin çəkilişlərinə başlanılıb. «Comingsoon» resursunun məlumatına görə, bu barədə «20th Century Fox» kinokompaniyasının rəsmi press-relizində bildirilir.
   Çəkiliş prosesi 2009-cu ilin noyabrında başa çatmalıdır. Bundan sonra filmin yaradıcıları xüsusi effektlər üzərində 12 ay çalışacaqlar. Filmin rejissoru Maykl Apted olacaq. Üçüncü hissənin premyerası 2010-cu ilin dekabrına nəzərdə tutulub.
   Qeyd edək ki, «Narniya salnamələri»nin ikinci hissəsinin pul yığımı o qədər də ürəkaçan olmayıb. Çəkilişinə 200 milyon dollar xərclənən ikinci hissə Amerikada cəmi 141 milyon dollar toplaya bilib. Amma filmin beynəlxalq prokatı 280 milyon dollar gəlir gətirdiyindən, film «nisbətən» uğurlu alınıb.
   Xatırladaq ki, 2008-ci ilin dekabrında «Walt Disney Pictures» kinokompaniyası üçüncü hissənin maliyyələşdirilməsindən imtina edib. Şirkət rəhbərliyi bu qərarını büdcə məsələləri ilə izah edib. Bundan sonra serialı çəkən «Walden Media» studiyası «20th Century Fox»un timsalında özünə tərəfdaş tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar