Dünya pop musiqisinin kralı Maykl Ceksonun fanatları iyunun 25-də qəflətən vəfat edən kumirlərinin Nobel sülh mükafatına namizəd göstərilməsi kampaniyasını təşkil ediblər. «Sky News»un məlumatına görə, artıq 14 min pərəstişkar pop-kralın namizədliyinin irəli sürülməsi ilə bağlı müvafiq saytda səs verib. Amma onların səsi hələ də kifayət etmir.
   Ceksonun yaradıcılığının pərəstişkarları hesab edirlər ki, müğənni xeyriyyə layihələrinə və «bütün ömrünü bəşəriyyətin çiçəklənməsinə həsr etdiyinə» görə sülh mükafatı almalıdır. Los-Anceles sakini olan Nikol Braunun hazırladığı ərizəyə 3 min adam səs verib. Braun isə ən azı 100 min imza toplamağı planlaşdırır.
   Digər analoji ərizəni isə 10 mindən çox adam «imzalayıb». İnformasiya kifayət qədər sürətlə yayılır. Bu, ilk növbədə Ceksonun pərəstişkarlarının müxtəlif sosial şəbəkələrdə aktivliyi ilə bağlıdır.
   Amma əfsus ki, Ceksonun Nobel sülh mükafatına namizəd göstərilməsi üçün ictimai dəstək kifayət etmir. Nominantları Nobel komitəsinin ekspert komissiyası - parlament üzvləri, professorlar və ötən illərin laureatları müəyyən edirlər. Yəni Ceksonun namizədliyinin irəli sürülməsi üçün mütləq kiminsə «dəstəyi» olmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar