Nürenberqdəki «Weidler» auksion evi Adolf Hitlerin hələ Birinci Dünya müharibəsindən öncə - 1910-1911-ci illərdə çəkdiyi üç akvareli satışa çıxarıb. «Nuernberger Nachrichten»in məlumatına görə, lotların ilkin qiyməti 3-3,5 min avro aralığında olacaq. Alqı-satqı sentyabrın 5-də başlayacaq.
   Söhbət «Çay kənarında körpülü ev», «Dağıdılmış dəyirmən» və «Baxayda ağ kilsə» mənzərələrindən gedir. Birinci iki əsər 1910-cu ildə, üçüncü isə 1911-ci ildə çəkilib.
   Auksion evi «Baxayda ağ kilsə» mənzərəsini ata-babaları Vyanada yaşamış polşalı yəhudi qadından alıb. Ailə vaxtilə incəsənət əsərlərinin kolleksiyası ilə məşğul olub.
   Digər iki mənzərə isə vyanalı musiqiçinin kolleksiyasında saxlanılırmış. «Nuernberger Nachrichten»in məlumatına görə, auksiona Hitlerin daha bir əsərini - «Ağ hasarlı ev»i də çıxarmaq nəzərdə tutulurmuş. Lakin vərəsəliklə bağlı ortaya çıxan hüquqi problemlər ucbatından onu satmaq mümkün olmayıb.
   Nürenberq auksion evi bundan əvvəl də bir neçə dəfə Hitlerin əl işlərini satışa çıxarıb. Məsələn, bu ilin aprelində naməlum alıcı faşizm liderinin iki rəsm əsərinə görə 32 min avro ödəyib.
   Hitler gəncliyində rəssam olmağı arzulayırmış. Amma Vyana akademiyasına daxil ola bilməyib. 2006-cı ildə Belçikada Hitlerin Birinci Dünya müharibəsi dövründə Flandiriyada cəbhədə olarkən çəkdiyi 21 akvareli tapılıb. Bu əsərlər Böyük Britaniyada auksonda 170 min avroya satılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar