Məşhur Hollivud ulduzu 30 yaşlı Keti Holms özünü arıqlatmaqda davam edir. Onun son vaxtlar çiyinlərindən sürüşən paltarları və gözlərinin altındakı kölgələrlə yanaşı, yorğun görkəmi də təsdiq edir.
   Qəzetlərin yazdığına görə, Ketini belə ciddi və sərt pəhriz saxlamağa əri, məşhur Hollivud qəhrəmanı Tom Kruz vadar edib. Məsələ orasındadır ki, aktrisanın özü də kökələcəyi təqdirdə Tomun onu atıb getməsindən qorxur. Gün ərzində müxtəlif otlardan və məcunlardan istifadə etməklə orqanizmini müxtəlif şlaklardan təmizləməyə çalışan Keti ikinci dəfə ana olmaq istəyir. Əslində onun dünyaya ikinci uşaq gətirməsini Tom Kruz özü planlaşdırıb. Bunun üçün hər şeyə hazır olan Keti pəhrizin acı nəticələrini də hiss etməkdədir. Təsadüfi deyil ki, «Oskar» mükafatını təqdimatı mərasiminə gedən Tom Kruz sevimli arvadını evdə tək qoymağa məcbur olub. Özünü son dərəcə zəif və olduqca yorğun hiss edən Keti son vaxtlar tez-tez səndələyir və yeriyə bilmir.
   Onun bu halını sakitliklə qarşılayan əri isə Ketini hər vasitə ilə pəhrizi davam etdirməyə həvəsləndirir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar