Romada İtaliya intibah dövrünün məşhur rəngkarı, dünyaşöhrətli rəssam Karavaconun xatirəsinə həsr olunmuş təntənələrə start verilib. Yerli mətbuatın yazdığına görə, YUNESKO-nun təqviminə əsasən 2010-cu ildə İtaliya intibah dövrünün bu böyük sənətkarının ölümünün 400 illiyi bütün tərəqqipərvər bəşəriyyət tərəfindən qeyd ediləcəkdir. Bu münasibətlə ölkə paytaxtında bir sıra böyük tədbirlərin və layihələrin həyata keçirildiyi bildirilir.
   Hazırda paytaxt Romanın Borqeze qalereyasında təşkil olunmuş “Karavaco-Bekon” adlı unikal sərgi qapılarını tamaşaçıların üzünə açıb. Bu sərginin digər bir özəlliyi də orasındadır ki, məşhur Karavaco yaradıcılığı XX əsrin digər dünyaşöhrətli rəngkarı, çağdaş dünyamızın ən çox diqqətçəkən boya ustası Bekonun yaradıcılıq dünyası ilə vəhdətdə verilib. Xatırladaq ki, bu il dahi rəssam Frensis Bekonun anadan olmasının 100 illiyi bütün dünyada qeyd olunub. Gələn il isə bütünlüklə İtaliyada Karavaco ili elan olunub. KİV-lərin məlumatına görə, bu məqsədlə ölkədə xüsusi olaraq “Karavaco milli yubiley komitəsi” yaradılıb. Komitəyə nüfuzlu tarixçi və sənətşünas Maurisio Kalvezi rəhbərlik edir. Gələn il isə Karavaconun həyat və yaradıcılığına həsr edilmiş bir sıra silsilə layihələrin həyata keçiriləcəyi, bir sıra kitabların nəşr olunacağı da bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar