Dünya kinematoqrafiyasının ən ünlü nümayəndələrindən biri, beynəlxalq «Oskar» mükafı laureatı, kinorejissor Roman Polanski həbs olunub. Qərb informasiya agentliklərinin məlumatına görə, tanınmış kinorejissor İsveçrənin vergi orqanlarının qaldırdıqları iddia əsasında həbs olunub. Sənətçinin şəxsi vəkili Erve Temin mətbuata verdiyi açıqlamaya görə kinorejissorun həbsinə səbəb onun İsveçrə bankından külli miqdarda pul krediti götürməsi və bu məbləğin aylıq faizlərini vaxtında qaytara bilməməsi olub. İsveçrənin Bern kantorunun Federal məhkəməsinə müraciət edən bank rəhbərliyi isə məşhur kinorejissorun cəzalandırılmasını tələb edib.
   İddia qaldırılarkən Roman Polanski xarici ölkələrin birində səfərdə olub. Lakin bir neçə gündən sonra paytaxt Sürixə qayıdan kinorejissor hava limanında təyyarədən düşərkən həbs olunub. Yaxınları və ABŞ Kinoakademiyasındakı nüfuzlu həmkarları məsələyə müdaxilə etsələr də, bir nəticə hasil olmayıb. Erve Temin jurnalistlərə verdiyi məlumata görə uzun-uzadı müraciətlərdən sonra “Oskar”çının, nəhayət ki, zaminə buraxılması barədə razılıq alınsa da, sonradan bu qərar dəyişdirilib. Hazırda o, İsveçrə həbsxanasında saxlanılır və zaminə buraxılması mümkünsüz hesab edilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar