Fransız sənətsevərləri məşhur aktrisa Bricit Bardonun 75 illik yubileyini qeyd etməyə hazırlaşır. Ünlü sənətçinin Sen-Tropa kurort şəhərinin yaxınlığında yerləşən villasına dünyanın hər yerindən minlərlə təbrik teleqramları gəlməkdədir. Özünün kinokaryerasına hələ 1973-cü ildə son qoymasına baxmayaraq, onlarca kinofilmdə çağdaş fransız qadınının obrazını yaratmış Bricit Bardo bu gün də fransız xalqının nəzərində böyük və əvəzsiz bir sənətçi olaraq qalmaqdadır. 1960-cı illərin əvvəlində kino aləminə gələn Bardo müharibədən sonrakı illərdə emansipasiyaya məruz qalmış qadınların rəmzi kimi cəmiyyətin mühafizəkar təbəqəsinin müqavimətini qırmağa müvəffəq olan qadın obrazarının fransız kinosunda təkrarsız yaradıcılarından biri olub.
    Dünyaşöhrətli aktrisanın pərəstişkarları sənətçinin 75 illiyinə hədiyyə olaraq Fransa tarixində ən böyük sərgi təşkil ediblər. Sahəsi 1000 kvadratmetrə çatan bu sərgidə Bricit Bardonun uşaqlıq illərindən tutmuş kino aləmində yaratdığı məşhur rollara kimi bütün həyat və yaradıcılığını əks etdirən minlərlə fotoşəkil sərgilənir.
   “Bardo, qayğısız illər” adlanan nəhəng fotosərgi paytaxt Parisin ən məşhur sərgi mərkəzlərindən olan Bulon Biyankur şəhərciyində təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar