Məşhur səhnə ustası Xulio İqlesias Moskvanın “Olimpiysk” idman kompleksində konsert verib. AİF-in məlumatna görə, konsert vaxtında başlamayıb. Tamaşaçılar müğənnini bir saata yaxın gözləmək məcburiyyətində qalıblar. Nəhayət səhnəyə çıxan sənətçi rus qadınlarının ünvanına komplimentlər deməklə, pərəstişkarlarının diqqətini cəlb eləyə bilib. O, eyni zamanda Moskvanı çox sevdiyini, bu şəhərdə özünü doğma evində olduğu kimi rahat və sərbəst hiss etdiyini bildirib. Sənətçi ispan kişilərinə məxsus qızğın temperament nümayiş etdirməyə çalışaraq moskvalı pərəstişkarlarına “ sonsuz məhəbbət və sevgilər” arzulamağı da unutmayıb.
   İTAR-TASS agentliyinin məlumatına görə Xulio repertuarında olan mahnıların əksəriyyətini ispan dilində ifa edib. Konsert zamanı onu səhnədə tanqo oynayan qızlar müşayiət ediblər. İndiyədək 70-dən artıq məşhur albomun müəllifi moskvalı melomanlara özünün “Qızıl ehtiyat”ından olan 70-80 ci illərin məşhur “Manuela”, “Quijote”, “El amor”, “Un canto a Galicia” mahnılarını da ərməğan edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar