Məşhur Britaniya bəstəkarı Endryu Lloyd Uebber “Opera kabusu” adlı müziklinin davamı olan yeni əsərini musiqisevərlərə təqdim edib. Haston lerunun romanının motivləri əsasında yazılmış bu məşhur əsərə 23 il ərzində bütün dünyada 100 milyondan artıq tamaşaçı baxıb. Bəstəkarın “Opera kabusu” müziklinə 17 il vaxt sərf etdiyi bildirilir. Uebber bu əsərin davamı kimi yazdığı “Ölməz məhəbbət” adlı müzikl üzərindəki işinin 2010-cu ildə başa çatacağını bildirib. Bu işdə bəstəkara tanınmış britaniyalı yazıçı-dramaturq və librettoçu Bena Elton da kömək edir. Köhnə müzikldən fərqli olaraq yeni əsərdə hadisələr Parisdə deyil, Nyu-Yorkda, Koni Aylenddə cərəyan edəcək. Müzikldə baş rolu - Kabusu İrana Ramin oynayacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar