Oktyabrın 14-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Akademik Musiqili teatrlarında dünyanın tanınmış balet ustalarının konsertinə start verilib. İTAR-TASS-ın məlumatına görə “İnam” xeyriyyə cəmiyyətinin və Moska şəhər meriyasının rəhbərliyi və təşkilatçılığı ilə keçirilən bu konsertdə əsas məqsəd fiziki cəhətdən məhdud fəaliyyətli uşaqlara maddi və mənəvi yardım etməkdir.
   Moskva əlillər evinin həkimi Mila Miloşnikovanın sözlərinə görə, hal-hazırda paytaxtın xəstəxanalarında 20 mindən artıq ümidsiz xəstə uşaq vardır. Onların böyük əksəriyyəti onkoloji xəstələrdir. Hər il bu uşaqların iki min nəfərə yaxını dünyasını dəyişir.
   Agentliklərin məlumatına görə, xəstə uşaqlar üçün təşkil olunmuş konsertdə Vladimir Malaxov, Mariya Aleksandrova, Diana Vişnyova, Viktoriya Tereşkina, İrma Nioradze kimi dünyaşöhrətli balet ustaları da iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar