Məşhur rus yazarı Mixail Bulqakovun dünyanın bir çox dillərinə tərcümə olunmuş “Usta və Marqarita» əsəri bugünlərdə Kubada da nəşr olunacaq. Romanı ispan dilinə tanınmış kubalı yazar Xulio Travyeso tərcümə edib. O, qəzetlərə verdiyi müsahibədə deyib ki, Bulqakovun əsərləri mürəkkəb məzmun və ekssentrik mündəricəyə malik ədəbi materialdır.Bu mənada onu tərcümə etmək heç də asan məsələ deyil. Ümumiyyətlə bu əsəri müxtəlif şəkildə interpretasiya etmək olar, eynilə Migel de Servantesin “Don Kixot”u kimi”.
Məlumatlara görə, Bulqakovun bu əsəri gələn ilin fevralında paytaxt Havanada keçiriləcək beynəlxalq kitab yarmarkasına çıxarılacaqdır.
“Arte y Literatura” nəşriyyatında çapa hazırlanan kitabın ən yüksək tirajla və nəfis şəkildə buraxılacağı gözlənilir. Onu da qeyd edək ki, gələn ilin fevralında Havanada keçiriləcək beynəlxalq kitab yarmarkasında Rusiya Federasiyasının fəxri üzvü kimi iştirak edəcəkdir. Bu mötəbər tədbirdə bir sıra digər rus yazarlarının, o cümlədən Puşkinin, Dostoyevskinin, Tolstoyun da ispan dilinə tərcümə olunmuş kitablarının satışa çıxarılacağı bildirilir.