Kinosevərlərin böyük intizarla gözlədikləri “2012” filmi gələn həftə ekranlara çıxacaq. Bu barədə geniş yazılar dərc edən Qərb qəzetlərinin yazdığına görə, mənşəcə alman olan ünlü Hollivud kinorejissoru Roland Emmerixin lentə aldığı bu filmdə söhbət çağdaş dünyanı düşündürən ən aktual problemlərdən biri olan “Axirəzzaman”dan - dünyanın sonunun yaxınlaşmasından gedir.
   Qəzetlərin yazdığına görə, bundan əvvəl dünya kinematoqrafiyasında “Müstəqillik günü”, “Qodzilla” kimi geniş şöhrət qazanmış filmləri ilə öz sözünü demiş Roland Emmerix yenicə tamamladığı “2012” filmində müvəffəqiyyətə doğru daha bir addım atıb. Sözügedən filmdə dünyanın ən qədim Mayya sivilizasiyası haqqında mövcud bilgilərə istinad edən rejissor dünyanın sonunun yaxınlaşdığı barədə deyilənlərə aydınlıq gətirməyə çalışıb. Məlum olduğu kimi beş min ildən artıq yaşı olan və öz dəqiqliyi , dürüstlüyü, elmiliyi ilə bu gün də müasir sivilizasiyanı heyrətləndirən qədim “Mayya təqvimi”nə görə, 21 dekabr 2012-ci il “dünyanın sonu” olacaq. Rejissor Roland Emmerixin “Mayya təqvimi”nə istinadən çəkdiyi “2012” filmində də hadisələr məhz “Mayya təqvimi” kontekstində interpretasiya olunur.
   Mütəxəssislərin rəyinə görə, “2012” son illərin ən maraqlı Hollivud filmlərindən biridir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar